X
    Категории: Статьи

«Samur» İctimai Birliyinin hesabat-seçki yığınacağı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

«Samur» Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayev yığıncaq iştirakçılarını salamlamış, Azərbaycanda azsaylı xalqlara hər zaman qayğı ilə yanaşıldığını, onların mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına önəm verildiyini, etnik icmaların mədəniyyət mərkəzlərinin fəaliyyətinə dəstək göstərildiyini vurğulamışdır.

Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu multikulturalizm siyasətinin aparıldiğını, etnik azlıqlara xüsusi diqqət və qayğı göstərildiyini vurğulamış, bu yöndə fəal iş aparan, ictimai birliyə hər zaman dəstək olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Tədbirdə iştrak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktorunun müavini Ramin Qəmbərov Azərbaycanda etnik müxtəlifliyə əsaslanan tolerantlıq və multikulturalizmin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, ölkədə müxtəlif etnik və dini icmaların sülh, həmrəylik şəraitində yaşamasına mühüm əhəmiyyət verildiyini diqqətə çatdırıb.

O, mərkəzdə vaxataşırı keçirilən belə tədbirlərin böyük əhəmmiyyət kəsb etdiyini və onların araya gəlməsinə bundan sonra da lazımi dəstəyin göstəriləcəyini bildirmişdir.

Sonra İctimai birliyinin idarə heyəti üzvlərinin hesabatları dinlənilib. İdarə heyətinin üzvləri Zavir Nəcəfov, Sədaqət Kərimova, Kamran Qurbanaliyev, Abir Tahirov, Afər Əlifov, Dünyaməddin Əskərov, Edvig Həsənov son hesabatdan ötən dövr ərzində görülən işlər, həyata keçirilən mədəni-kütləvi tədbirlər barəsində məlumatlar verdilər.

Zavir Nəcəfov: — 2023 cü ildən başlayaraq xalqımızın adətlərindən biri olan “Dem” musiqili-əyləncəli tədbirin təşkili;
“Suvar” rəqs ansamblının ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı, “N” saylı hərbi hissədə Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramlarının təşkili; “Şahdağ” və “Şahnabat” rəqs ansabıllarının konsert proqramlarının hazırlanaraq nümayiş etdirilməsi.
Sədaqət Kərimova:-Uzun illər ənənəvi qaydada nəşr olunan “Samur” qəzeti artıq iki ildir ki, yayımını online qaydada davam etdirir. Eyni zamanda mütəmadi olraq ləzgi dili kurslarlarının təşkilinə diqqət yetirilir.

Kamran Qurbanaliyev:
-Süleyman Stalskinin 155, Teymur Alixanovun 100, , Yadulla Şaydayevin 95, Xanbiçə Xametovanın 85, Günəş Mövlanovun 70, Eyvaz Gülaliyrinin 55 illiyinə həsr olunmuş tədbirlər;
yazıçı, şair və tədqiqatçılfrın «Alam»ın kitabları» seriyası ilə çap olunmuş onlarla yeni kitabının təqdimatlarının keçirilməsi;
«Alam» youtube kanalı vasitəsi ilə tanınmış ləzgi ziyalıları ilə otuza yaxın müsahibə nümayiş olunması.

Tədbirə qatılan digər iştirakçılar və qonaqlar da öz təklif və iradlarını irəli sürüblər.

«Samur» Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyinin qaldırdığı müəyyən məsələlər var ki, onlara hələ də müsbət cavab alınmayıb.
Birliyin normal fəaliyyəti üçün öz ofisininü olmaması, ləzgi dili dərsliklərinin hələ də hazırlanaraq çap olunmaması və s. məsələlər də bu qəbildəndir.

Qurumun hesabatlararası dövrdə fəaliyyətini kafi qiymətləndirmiş, İmran Sadulla oğlu Rzayev yenidən birliyin ilarə heyətinin sədri seşilmişdir.

İctimai birliyin sədri İmran Rzayev çıxışında ləzgilərin yığcam yaşadıqları rayonlarda təşkilatın nümayəndəliklərinin yaradılmasını, idarə heyətinin üzvlərinin sayının artırılmasını məqsədəuyğun hesab etdiyini bildirmişdir.

Şair Ramaldanov və Seyfəl Həsənov birliyin və idarə heyətinin üzvlüyünə qəbul olunmuşlar.

Onu da qeyd edək ki, birliyin nizamnaməsi Azərbaycan Respublikasının İctimai Birliklər Haqqında Qanununun tələblərinə uyğun işlənilmiş və fəaliyyət istiqaməti müəyyənləşdirilmişdir.

Ötən il ərzində birliyin idarə heyətinin 14 tədbiri həyata keçirilib.

Birliyin əsas məqsədi ləzgi xalqlnın adət-ənənələrinin, dilinin, mədəniyyətinin qorunaraq inkişaf etdirilməsinə çalışmaq, multikultural dəyərlərin təbliği ilə bağlı həyata keçirilən tədbirləri dəstəkləməkdən ibarətdir.

Havar Şəfiyeva