Şərəflİ ömür

12Alik Balametov 1944-cü il dekabr ayının 24-də Qusar rayonunun Əcəxür kəndində anadan olub. Atası Balamet Balametov respublika miqyasında tanınmış məşhur təsərrüfat rəhbərlərindən biri idi.
Alik Balametov orta məktəbi bitirdikdən sonra 1958-ci ildə Quba kənd təsərrüfatı texnikumuna «Meyvə tərəvəz və üzümçülük» ixtisası üzrə daxil olmuş və həmin texnikumu 1962-ci ildə bitirmişdir.
1963-cü ildə Alik Balametov Gəncə şəhərindəki Azərbaycan Kənd Təsərrüfatı institutuna «Meyvə tərəvəz və üzümçülük» ixtisası üzrə qiyabi şöbəyə daxil oldu və 1969-cu ildə “Alim, agronom” ixtisası üzrə ali təhsilini bitirdi.
Alik Balametov 1964-cü ildə Azərbaycan Res­pub­likası Lenin Kommunist Gənclər İttifaqının Qusar rayon təşkilatının təlimatçısı vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1964-1965-ci illərdə Qusar rayon XDS-də şöbə müdiri olmuşdur.
O, 1965-1969-cu illərdə Azərbaycan Respublikası Lenin Kommunist Gənclər İttifaqının Qusar rayon təşkilatının şöbə müdiri vəzifəsində çalışmışdır. İşlədiyi vəzifələrdə özünü bacarıqlı təşkilatçı kimi göstərən Alik Balametov 1969-cu ildə Azərbaycan Respublikası Lenin Kommunist Gənclər İttifaqının Qusar rayon təşkilatının 1-ci katibi seçilmiş və 1975-ci ilə qədər bu vəzifədə işləmişdir.

Alik Balametov uzun müddət partiya sıralarında işləyərək əldə etdiyi yüksək səviyyəli təşkilatı bacarıqları ilə sonralar bacarıqlı təsərrüfat rəhbəri kimi formalaşdı. 1975-1990-cı illərdə o Qusar rayon Miçurin adına sovxozun direktoru, Qusar rayon Təsərrüfatlararası Meyvə Tərəvəz Tədarükü və Satışı Bazasının direktoru, 2008-2009-cu illərdə Azərigazın Qusar rayonu Qaz idarəsinin rəisi olmuşdur.
Alik Balametov 1996-2008-cü illərdə Qusar rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində işləmiş və Dövlət Qulluqçusu müşaviri ixtisas dərəcəsinə layiq görülmüşdür.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və 1999-2009 YAP Qusar rayonu üzrə sədri olmuşdur.
Mənim həm uşaqlıq dostum, həm kəndçim, Alik Balamət oğlu!
Səni anadan olmağının 70 illik yubileyi münasibətilə təbrik edirəm.
Sənə cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və uğurlar diləyirəm!

Hörmətlə: Kamal Abdullayev, akademik

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *