Əməkdar mühəndis

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri ada layiq görülmüş Natiq Əliyev Qusar şəhərində anadan olmuşdur. 

1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu körpü, tunel və metropolitenlərin  tikintisi üzrə  mühəndis ixtisası üzrə bitirmişdir

1977-1994-cü illərdə «Azəryollayihə» Layihə İnstitutunda böyük mühəndis, qrup rəhbəri, layihə baş məhəndisi vəzifələrində  çalışmışdır.

Şirkət 2006-cı ildə ölkənin nəqliyyat infrastrukturunun inkişafına görə «Uğur» Milli Mükafatına layiq  görülmüş, MDB dövlətləri arasında tikinti fəaliyyəti sahəsində 2006-2007-2008-ci illərdə qazandığı böyük uğurlara görə Moskvada «Ən yaxşı tikinti və layihə təşkilat» adı uğrunda II, III və IV Beynəlxalq müsabiqələrin qalibi diplomlarını  almış və müəssisənin direktoru N.Əliyev 2009-cu ildə tikinti kompleksinin ən yaxşı rəhbəri sertifikatını almışdır. 2009-cu ildə şirkət «İlin layihə şirkəti» nominasiyası üzrə Business Jonsultinq» curnalının təsis etdiyi biznes  sahəsində «İlin şirkəti» Milli mükafatına layiq görülmüşdür.

Doğma Qusar rayonunda da bir neçə körpü layihələrinin Qusarçay, Ukurçay, Nəcəfkəndçay, Quruçay üzərində körpülərinin, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədində Samur çayı üzərində böyük körpünün layihələrinin müəllifidir. 

 «ALAM»

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *