Ictimai fəallığına görə prezident təqaüdü

Azərbaycan Respublika­sı­nın Prezidenti İlham Əliyevin sərən­camı ilə Azərbaycan Respubli­kasının ictimai-siya­si həyatında fəal iştira­kına görə həmyerlimiz Şair Nəc­məddin oğlu Həsənova Azər­baycan Respublikası Prezidentinin fərdi təqaüdü veril­mişdir. 1990-1998-ci illər ərzində Şair Həsənov Azər­baycan Respublikasının tikinti materialları sənayesi naziri, 1999-2001-ci illərdə Azərbaycan Res­pub­likası Mənzil-Kommunal Tə­sər­rüfatı Komitəsinin sədri, 2001-ci ildən 2006-cı ilə kimi Azərbaycan Respublikasının Tikinti və Arxitektura Komitəsinin sədri vəzifələrində işləmişdir. Respublika tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə Şair Həsənov 1982-ci ildə «Şərəf nişanı», 1986-cı ildə «Qırmızı Əmək Bayrağı» ordenləri ilə təltif olunmuşdur. O, 1982-ci ildə «Azərbaycan SSR-in Əməkdar mühəndisi» fəxri adına layiq görülmüşdür. Şair Həsənov 2006-cı ildən «Samur» Ləzgi Milli Mərkəzi İdarə heyətinin sədri vəzifəsində çalışır. El ağsaqqalını təbrik edir, ona uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *