İnsan

Kamal Mehman oğlu AbdullayevGörkəmli alim-energetik, nüfuzlu pedaqoq və etibarlı dostun şərəfli ömür yolu. 

Görkəmli alim, pedaqoq və böyük nüfuza malik insan olan Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Qusar rayonunda maarif sistemində çalışmış və rayonun ən qabaqcıl ziyalılarından biri olmuşdur. Mehman müəllim rayonda müəllim, sonra məktəb direktoru vəzifələrində çalışmışdır. Hazırda həmin məktəb təzədən tikilib, Abdullayevin adını daşıyır, onun qarşısındakı meydanda Mehman müəllimin həykəli ucalır.

Kamal müəllim 1952-ci ildə doğma kəndində orta məktəbin 7-ci sinfini əla qiymətlərlə bitirərək Bakıya gəlmiş və Energetika Texnikumuna daxil olmuşdur. Texnikumu 1956-cı lidə istilik energetikası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Sənaye Irıstitutunun (sonradan Azərbaycan Dövlət Neft Akademiyasının, hal-hazırda Neft və Seneyə Universitetinin) energetika fakültəsinin istilik energerikası ixtisasına imtahansız qəbul edilmişdir.

K. Abdullayev texnikumda təhsil alanda ona ixtisas fənlərindən dərs demiş Sənaye Institutumm alimləri I.Ibrahimov, Ə.Hüseynzadə və N.Əlizadə məsləhət bilmişdilər ki, istilik energetikası sahəsində təhsilini davam etdirsin. Həmin illərdə isə institutda istilik energetikası ixtisası üzrə Azərbaycan dilində qəbul olmadığından müəllimlərinin məsləhəti ilə rus sektoruna daxil olmuşdur. O, aşağı kurslarda rus dilini bilmədiyindən çox əziyyət çəkmiş və dəfələrlə ixtisası dəyişərək Azərbaycan sektoruna keçmək istəmişdir. Lakin müəllimlərinin və professor I.Ma­kinskinin (sonra o, Kamal müəllimin elmi rəhbəri olmuşdur) təkidi ilə rus dilində təhsilini davam etdirmiş və bu ixtisas üzrə institutu müvəffəqiyyətlə bitirmişdir.

Hələ institutun V kursunda oxuyarkən о illərdə «Azərenerji» Idarəsinə rəhbərlik edən və respubli­kamızda energetikanm inkişafında, о cümlədən kadr hazırlanmasında əvəzsiz xidmətləri olan mərhum professor Ə.Bayramzadə onu qəbul etmiş, biliyini yoxladıqdan sonra «Azərenerji» İdarəsinin kimya xidməti şöbəsində mühəndis vəzifəsinə işə qəbul etmişdir. Bir ildən sonra K.Abdullayev həmin şöbə­nin qrup rəhbəri təyin edilmiş, 1963-cü ildə isə şöbənin rəisi vəzifəsinə irəli çəkilmişdir.

Kamal Abdullayev

O, istehsalatda çalışmaqla yanaşı, təhsilini davam etdirməyi də unutmur. Qiyabi aspiranturaya daxil olur və 1966-cı ildə professor I.Makinskinin rəhbər­liyi altında namizədlik dissertasiyasını müdafıə edir. О illərdə energetika üzrə yüksək ixtisaslı elmi kadrlar çatışmırdı. Elə buna görə də Kamal müəllim «Azərenerji» Idarəsində işləməklə yanaşı, indiki Neft və Seneyə Universitetində öz elmi istiqaməti üzrə müəllimlik fəaliyyətinə başlayır. Bir il sonra tam ştatla institutun dosenti seçilir. Lakin onun yüksək hazırlıqlı mütəxəssis olduğunu nəzərə alaraq 1972-ci ilə kimi «Azerenerji» sistemində şöbə rəisi vəzifəsində də saxlayırlar. Kamal müəllim 1972-ci ildən indiyə kimi ADNA-da «Sənaye istilik-energetikası və suyun texnologiyası» kafedrasının müdiri olub. Hazırda kafedra «Istilik energetikası» adlanır. Eyni zamanda, o, kafedranın nəzdində olan «Sənayedə dəniz və çirkab sulannın istifadə edilməsi» elmi tədqiqatlara da rəhbərlik edir. Kamal müəllim 1974-1976-cı və 1982-1998-ci illərdə energetika fakultəsinin dekanı vəzifəsində işləmişdir. Hazırda pedaqoji və elmi fəaliyyətini ADNSU–da davam etdirir.

1978-ci ildə K.Abdullayev Moskva Energetika İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmiş və 1980-ci ildə professor elmi adını almışdır. Elm sahəsində xidmətlərinə görə 1975-ci ildə Ekoenergetika və Beynəlxalq Ekologiya və Təhlükəsizlik akademiyalannın akademiki seçilmişdir. 2000-ci ildə o, «M.V.Lomonosov adma medalla» təltif olun­muşdur.

Elmi nəticələrinə görə Kamal müəllim keçmiş ittifaqın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları ilə təltif edilmiş, 2005-ci ildə Gürcüstan Milli Energetika Akademiyasının akademiki seçilmişdir.

1981-ci ildə mühəndis və elmi kadrlann hazırlanmasındakı xidmətlərinə görə o, respublika Ali Sovetinin fəxri fərmanı və «SSRI-nin əlaçı energetiki» fəxri adı ilə təltif edilmişdir. 2000-ci ildə ona «Azərbaycan Respublikasmın əməkdar elm xadimi» adı verilmiş və Y.Məmmədəliyev adına medalla təltif olunmuşdur. Professor K.Abdullayev uzun müddət ADNA-da fəahyyət göstərən və bütün Qafqazı əhatə edən dissertasiya müdafəsi üzrə ixtisaslaşdınlmış elmi şuranın sədri və Ali Attestasiya Komissiyasının ekspert şurasınm üzvü olmuşdur. Onu da qeyd edək ki, professor K.Abdullayev keçmiş SSRI Ali Təhsil Nazirliyinin istilik texnikası üzrə elmi-metodik şurasının rəyasət heyətinin üzvü seçilmiş, hazırda isə respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının «Energetika» bölməsinin sədri olmuşdur. Onun rəhbərliyi altında kafedrada çox böyük elmi və xalq təsərrüfatı əhəmiyyəti olan yüksək minerallı və şəhər çirkab sulanmn emalı, istehsalatda istifadə edilməsi problemi sahəsində dünya miqyasında vacib olan nəticələr əldə edilmişdir. Kamal müəllim bu sahəyə çox dəyərli elmi töhfələr vermişdir.

Qeyd etmək lazımdır ki, dünya miqyasında ilk dəfə şəhər çirkab sularının sənayedə, о cümlədən istilik energetikasında şirin suyun əvəzinə istifadə edilməsi probleminin əsası respublikamızda Kamal müəllimin rəhbərliyi altında qoyulmuş və qısa bir zamanda bu sahədə yüksək elmi nailiyyətlər əldə edilmişdir.

Kamal müəllim dünya istilik energetikasında ilk dəfə olaraq istilik elektrik stansiyalannda barabanlı buxar generatorlarının bilavasitə yumşaldılmış dəniz suyu ilə bəslənilməsini isbat etmiş və elmi cəhətdən əsaslandırmışdır. Kafedranın əməkdaşları ilə birlikdə tullantıların kimyəvi məhsul kimi utilizasiyası ilə dəniz suyunun kompleks emal texnologiyasını işləmiş və «Şimal» IES-də sınaqdan keçirilmişdir.

Dənizkənarı Istilik Mərkəzlərinin çoxməqsədli tullantısız istilik-elektirk-su-kimya kombinatlarına çevrilməsi ideyasnı da dünya miqyasnıda Kamal müəllim təklif etmişdir. Məhz o, elmi cəhətdən əsaslandırmışdır ki, istilik elektrik stansiyası ənənəvi elektrik və istilik enerjisi hasil etməklə yanaşı, dəniz suyundan böyük miqyasda şirin su və həmçinin kimyəvi məhsullar almaq olar. Beləliklə, istilik elektrik stansiyasını çoxməqsədli yüksək sənaye potensialına malik və ekoloji cəhətdən təmiz müəssisəyə çevirmək mümkündür. Kamal müəllim həmçinin yeni elmi istiqamət olan istilik energetikasinda şirin su əvəzinə şəhər çirkab sularından təkrar istifadə olunmasının bünövrəsini qoymuş və bu sahədə çox dəyərli elmi nəticələr əldə etmişdir.

K. Abdullayev

Professor K.Abdullayevin rəhbərliyi altında istilik energetikasinda ilk dəfə olaraq antropogen qatışı­qlarla çirklənmiş suların az tullantılı ion mübadilə emal texnologiyası işlənilmiş və elmi cəhətdən əsaslandırılmışdır. Kafedra əməkdaşları ilə birlikdə yüksək minerallı suların şirinləşdi-rilməsi məqsədilə daha effektiv əks-osmos üsulunun təkmilləşdirilmiş variantını da təklif etmişdir. Əldə edilmiş elmi nailiyyətlərə görə keçmiş ittifaqın Elm və Texnika Komitəsinin qərarı ilə Kamal müəllimin rəhbərlik etdiyi kafedra bu elmi istiqamət üzrə ittifaq miqyasında aparıcı təşkilat təyin edilmişdir.

Onun bilavasitə rəhbərliyi ilə əldə olunmuş elmi nəticələr sənaye miqyasında tətbiqini tapmış, respublika və keçmiş ittifaqın yüksək dövlət qurumlari tərəfindən bəyənilmiş və geniş miqyasda tətbiq olunması barədə bir neçə sərəncamlar verilmişdir.

Təsadüfı deyildir ki, Kamal müəllim əldə etdiyi elmi nailiyyətlərə görə ABŞ-da nəşr olımmuş ensiklopediyada XX əsrin aparıcı alimləri sırasına daxil edilmişdir. O, 300-dən çox elmi əsərin müəllifıdir. Onun 20-dən artıq ixtirası və patenti, 50-dən artıq dərsliyi, dərs vəsaitləri, metodik işləri və monoqraf­yaları vardır. Bu monoqrafıyalar Ingiltərədə və Moskvada nəşr olunmuşdur.

Kamal müəllim keçmiş ittifaqın Elmlər Akademi­ya­sının rəyasət heyətinin qərarı ilə akademiyanın nəşr etdiyi «Kimya və suyun texnologiyası» jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Hazırda bu beynəlxalq jurnal Ukrayna Elmlər Akademiyası tərəfindən nəşr edilir və Kamal müəllim redaksiya heyətinin üzvü kimi orada fəealiyyətini davam etdirir. Kamal müəllim, eyni zamanda, respublika Elmlər Akademiyasının nəşr etdiyi «Energetikanın problemləri» və Energetika Elmi-Tədqiqat və Layihə Institutunun nəşr etdiyi «Scientific-industrial journal electro energetics technics mechanics control» jurnallarının redaksiya heyətinin üzvüdür.

Mən görkəmli alim olan Kamal müəllimlə 1990-cı illərdən başlayaraq dostluq edirəm və bu münasibətlərlə çox məmnun olaraq fərəh, qürur hisslərini duyuram. Qeyd etmək istəyirəm ki, Kamal müəllimin ömür yolu yalnız elm və təhsillə hüdudlanmır. O həm də nüfuzlu bir insan el ağsaqqalı kimi yay aylarında doğulub boya-başa çatdığı Qusar rayonunun Əcəxur kəndinə baş çəkir, uşaqlıq dostları ilə görüşür, xeyir-şər işlərində iştirak edir, kənd cavanlarına öz ağsaqqal məsləhət və nəsihətlərini verir. Bundan əlavə Kamal müəllim vaxtaşırı alim və ziyalıları, ləzgi cəmiyyətinin ağsaqqallarını öz ətrafında toplayaraq onlarla Respublikada baş verən inkişaf və dəyişiklikləri müzakirə edir, fikir müba­diləsi aparır.

İdarəetmə, Dövlətçilik məsələlərində böyük təc­rübəsi, bir neçə dəfə Prezidentin Şimal zonası üzrə vəkili olmuşdur.

Görkəmli alim və pedaqoq, xeyirxah insan K.Abdullayevin tələbələrinə indi diinyanm hər yerində rast gəlmək mümkündür. Onun elmi məktəbinin yetir­məsi olan və hazırda Moskva şəhərində işləyən professor I.Malaxov öz sevimli müəlliminə ünvanladığı məktubuda yazır: «Fəxr edirəm ki, biz belə şəxsiy­yətin və onun elmi məktəbinin yetişdirməsiyik. Ona bütün tələbələri adından öz minnətdarlığımı bildir­məklə yanaşı, sevimli müəllimimizə möhkəm can­sağ­lığı və uzun ömür arzulayıram».

Biz də bu təbriklərə qoşulur, şərəfli ömür yolu keçmiş görkəmli energetik-alimimizı, böyük nüfuza malik pedaqoqumuzu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik, ona möhkəm can sağlığı, müstəqil Azərbaycanın gələcək innkişafı naminə daha yüksək nailiyyətlər arzulayırıq.

Kamal müəllimə gələcək pedaqoji və elmi fəaliy­yətində uğurları arzulayaraq böyük qardaşı şair, bəs­təkar, dramaturq Asəf Mehmanın  Ədhəm Şah­mu­ra- ­dovın tərçümə etdiyi “Bir ömür az deyilmi” şeiri yada düşür:

Ömür bizə az deyilmi, dünyanı dərk etmək üçün.
Ömrün keçən günlərini, düzgün başa düşmək üçün.
Ömrü başa vurmaq olmaz səhv etmədən və nöqsansız,
Yaxşı-pisi aramaqla təkrar nöqsan etməməkçin.
Bəzən insan büdrəyərək, yalan ayaq tutmayan tək,
Addımları möhkəm atsın, bir də büdrəməmək üçün.
Bir ömürdə insanlar var könül qırır, qəlb sındırır,
Bəd əməldən əl çəkərək yaxşı işlər görmək üçün.
Bacarmadığın işlərdən sən uzaq dayan Asəf Mehman!
Bütün xalqlar çalışsın ki, ömrü düz yaşamaq üçün.

Ə.B.Balametov,
Texniki elmlər doktoru, professor,
Rusiya Elektrotexnika Akademiyasının həqiqi üzvü, akademik

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *