Ləzgi dilinin öyrənildiyi məktəblərdə inteqrativ təhsil (İnT)” layihəsi (müzakirə üçün)

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28.02.2020 09:40 tarixdə dövlət ümumi təhsil müəssisələri və bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərə təhsildə inkişaf və innovasiyalar üzrə elan etdiyi IV qrant müsabiqəsinin “Ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi” mövzusunda www.grants.edu.az portalının Email: grants@edu.gov.az ünvanına
31 mart 2020-ci il saat 16:53-də təqdim olunmuş və 24.05.2020

“LƏZGI DILININ ÖYRƏNILDIYI MƏKTƏBLƏRDƏ INTEQRATIV TƏHSIL (İnT)” LAYIHƏSI

(24 iyun 2020-ci ildə qalib elan edilmişdir)

0. Ümumi məlumat

Тəklif edilən layihənin elanda göstərilmiş istiqaməti: 6) Ümumi təhsildə metodiki bazanın gücləndirilməsi və metodik xidmət sisteminin təkmilləşdirilməsi
Layihənin mövzusu: Uğurlu təcrübənin tətbiq edilməsi
Layihənin adı:Ləzgi dilinin öyrənildiyi məktəblərdə inteqrativ təhsilnT)”
Layihə üzrə təklif edilən müddət: 12 ay (11.06.2020 – 11.06.2021) 
Хаhiş olunan məbləğ:  8983 (Səkkiz min doqquz yüz səksən üç) AZN
 Layihənin müəllifləri:
1. Həsənbala Məhəmməd oğlu MəmmədovQusar rayonu Bədişqala kənd tam orta məktəbinin metodist müəllimi;
2. Gülnarə Ələmməd qızı MəmmədovaQusar şəhəri 3 №-li tam orta məktəbinin sinif və ləzgi dili ixtisaslı müəllimi
Layihə üzrə əlaqələndiricinin adı və vəzifəsi: Həsənbala Məhəmməd oğlu MəmmədovPedaqogika üzrə fəlsəfə doktoru, Qusar rayonu Bədişqala kənd tam orta məktəbinin metodist müəllimi, ADPU-nun Quba filialının baş müəllimi, Ləzgi dili fənn kurikulumunu hazırlamış işçi qrupunun rəhbəri, Təhsil Nazirliyinin ləzgi dili dərslik dəstləri üzrə eksperti… (SV əlavə olunur; əlavə 3-ə bax)
Əlaqələndiricinin ünvanı: Qusar şəhəri, Asəf Mehman küçəsi, 34.
İş telefonu: (+994)233854047
Mobil telefonu: (+994)558581321
Elektron poçtunun ünvanı – e-mail: hasanbalamamedov@gmail.com 

1. Layihənin qısa təsviri

Ləzgi dili öyrənilən məktəblərin məzunları təlim dilini 442 saat az keçdikləri üçün kompensasiya və güzəştləri tələb edirlər [əlavə 4]. AR TN çıxış yolunu “müəllimin yaradıcı və metodiki cəhətdən bacarıqlı fəaliyyəti ilə Azərbaycan dilinin  tədrisinin yaxşılaşmasına nail olmaq”da görmüş­dür [əlavə 5]. İnT layihəsinin müəllifləri ləzgi dilinin kurikulumunu, dərslik dəstlərini təlim dilinə və internet resurslarına inteqrasya etməklə problemin həllini təklif edirlər.

2. Problemin qoyuluşu. Layihəni zəruri edən durum

Layihədə həll etmək istədiyimiz problem Azərbaycan Respublikasında təhsil sahəsinin inkişafı üçün aktualdır. Belə ki, azsaylı xalqların uşaqlarının məktəbdə ana dillərində təhsil almaq problemi eyni zamanda bu dilin zəminində dövlət dili kimi Azərbaycan dilinin də, təlim dili kimi rus dilinin də, xarici dillərin də, dolayısı ilə digər fənlərin də öyrədilməsini əngəlləyirdi. Öz ana dillərini əsaslı öyrənə bilməmiş şagirdlər digər dilləri də tələb olunan səviyyədə öyrənə bilmirdilər. Böyük pedaqoq K.D.Uşinskinin təbiri ilə desək, “uşağa öz ana dilini öyrətməyib başqa dili öyrətmək ona yeriməyi öyrətmədən at minməyi öyrətmək kimi bir şeydir; o, nə atını tam sürə biləcək, nə də düşüb piyada gedə biləcəkdir”.

Sonralar ləzgi dili öyrədilən məktəblərdə onlara ana dilini öyrətmək üçün tədris planında həftədə 2 saat dərs salınmışdır. Bu dərs saatlarının təlim dilinin hesabından verilməsi  bu dilin 6 sinfinin tədris proqramının icrasını yarımçıq qoymuşdur.

Konstitusiyanın 25, 42 və 45-ci maddələrində təsbit edilmiş bərabərlik, hər kəsin öz ana dilində təhsil almaq və s. hüquqları reallaşmış ləzgi uşaqları digər tərəfdən təlim dilini 442 saat az (6 sinifdə — VI-XI siniflərdə tədris olunmalı Azərbaycan dili dərslərinin sayı qədər əskik) öyrənməli olurlar.

Qeyri-ana dilinin öyrənilməsində interferensiya problemi də həm təlim dilinin, həm də şagirdlərin öz ana dillərinin tədrisində əlavə dərs saatlarının ayrılmasına ehtiyac yaratdığı halda, ləzgi kontingentli məktəblərdə təlim və ləzgi dillərinin tədrisinə əlavə saatların verilməsi əvəzində, əksinə, təlim dilinin saatlarının  442 saat da azaldılması vəziyyəti bir az da ağırlaşdırmışdır.

Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin tədris planlarında Azərbaycan dilinin tədrisinə həftədə 49-1=48 saat (orta təhsil müddətində 1568-32=1536 saat) vaxt ayrılır və həftədə 61+1=62 saat (orta təhsil müddətində 1984 saat) ərzində öyrədilməsi nəzərdə tutulmuş proqram materiallarının mənimsədilməsi tələb edilir. Məsələn, Ləzgi dili öyrədilən ümumtəhsil  məktəblərinin tədris planlarında təlim dilinin tədrisinə ayrımamış həmin 442 saat bu məktəblərin XI siniflərində 64 saata (Ləzgi dili öyrənilən məktəblərdə təlim dilinin tədrisinə həftədə ayrılmış 2 saat hesabı ilə 32 həftədə 64 saat, yəni, 2×32=64), X siniflərində 64 saata (2×32=64), IX siniflərində 64 saata (2×32=64), VIII siniflərində 64 saata (2×32=64), VII siniflərində 96 saata (3×32=96) və VI siniflərində 96 saata (3×32=96) – VI — XI siniflərində cəmi keçilməli olan Azərbaycan dili dərslərinin sayına bərabər olmuşdur.

Bu, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin qeyri-ana dilində təhsil alan 5-ci sinif şagirdinin 11-ci sinfi öz ana dilində bitirmiş abituriyentlərlə birgə qəbul imtahanlarına – müsabiqəyə qoşulması deməkdir ki, həmin olay onların presedent hüququnun  mübahisə  predmetini yaradır.  Çünki, 5-ci sinif  şagirdindən (proqram materiallarını 1-V siniflərə ayrılmış 1536 saat müddətində – proqramdan 442 saat əskik öyrənmiş şagirddən) 11 illik  proqramı ilə hazırlanmış testlərə cavab tələb edilməsi, 11 illik tədris proqramını 1984 saatda yerinə yetirmiş abituriyentlərin nəticələrinə uyğun müsabiqəyə salınması  təkcə qeyri-sağlam rəqabəti deyil, həm də adekvat olmayan ədalətsiz nəticələrlə stimullaşan kobud konstitusion hüquq pozuntusunu yaratmışdır.

Nəticədə, uzun illər ana dillərində təhsil almaq hüququ reallaşmış milyonlarla insanın, digər tərəfdən, bərabərlik hüququ  məhdudlaşmışdır; tədris planında az saylı xalqların dillərinin, məsələn, ləzgi dilinin tədrisinə verilmiş 442 saatın təlim dilinin ayrılması onların təlim dilini öyrənmək  müddətini qısaltmış, təlim dilini başqaları ilə eyni – bərabər müddətdə öyrənmək imkanlarından  məhrum etmişdir.

Həmin neqativ durum həm konstitusion hüquqların təminatı kimi obyektiv, həm də tədris planındakı seçmə saatlarından təyinatına uyğun olmayan istifadə, elmin poten­sial imkanlarından və hədəfinə çatmış təcrübədən yararlanmamaq kimi subyek­tiv səbəblərdən qaynaqlanır. Belədə, təlim dilinin kurikulumu tam icra olunmamışdır.

Məsələn, Qusar rayonunun ləzgi dili tədris olunan Bədişqala məktəbinin təkcə bir ildə 11 məzunu attestatdan məhrum olunmuş, attestat almış digər məzunlar da imtahanlarda layiq olduqları balları qazanmamış, müsabiqələrdə müvafiq yerləri tuta bilməmişlər. Sınaq imtahanlarında dəfələrlə 700 bal topladığı halda, qəbul imtahanlarında 601 bal toplayaraq universitetə daxil ola bilmiş Tahirov Vasim Tahir oğlu belələrindəndir.

Bu ildə də buraxılış və qəbul imtahanlarını verən azsaylı xalqların ləzgi dilli uşaqları tədris planında təlim dili ana dilləri olanlar üçün nəzərdə tutulmuş 6 sinfin Azərbaycan dili dərslərini almamış abituriyentlər həmin fənnin kurikulumunun tam kursunu bitirmiş abituriyentlərlə qeyri-bərabər vəziyyətdə müsabiqədə iştirak edərək yaranmış presedent hüquqdan istifadə etməklə pozulmuş hüquqlarının kompensasiya­sını, o cümlədən nəticələrinin adekvat güzəştlərlə qiymətləndirilmə­lə­rini lələb edirlər.

Belə negativ halları aradan qaldırmaq, təlim dili fənnini 442 saat az öyrənmiş məzunlara dəymiş ziyanın kompensasiya edilməsi, şagirdlərə keçilməmiş 442 saatın əvəzində yeni məşğələlərin aparılması və bu məşğələlərin nəticələrinə uyğun olaraq, müvafiq sənədlərdə düzəlişlərin edillməsi və ya analoji vəziyyətə salınmış insanlara, o cümlədən əvvəlki illərdə təhsil almış azsaylı xalqların nümayəndələrinə zəruri güzəştlərin edilməsi xahişi ilə əlaqədar qurumlara, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmişr [əlavə 4]. Həmin qurumlardan verilmiş cavablarda yazılmışdır: “…tədris planldiarı ilə müəyyən olunmuş şagirdlərin maksimum dərs yükündən əlavə saatın ayrılması imkan xaricindədir. Bununla belə, ümumtəhsil məktəbində dərsdənkənar və dərnək məşğələrinə ayrımış saatlardan istifadə etməklə, həmçinin müəllimin yaradıcı və metodiki cəhətdən bacarıqlı fəaliyyəti ilə Azərbaycan dilinin  tədrisinin yaxşılaşmasına nail olmaq olar.” [əlavə 5]. Təhsil Nazirliyinin bu cavabına uyğun olaraq, ləzgi kontingentli məktəblərdə uşaqların potensiallarının inkişaf dinamikasının monitoringi keçirilmiş, nəticələr, tədris planları, kurikulumlar, dərsliklər, metodik vəsaitlər təhlil edilmiş, sosial təhqiqatlar aparılmış, məktəblərdə tədris edilən dil dərslərini inteqrativ öyrətməklə mövcud neqativ vəziyyəti aradan qaldırmaq və ümumi nəticələri yaxşılaşdırmaq üçün unikal inteqrativ təhsil (İnT) sistemi hazırlayıb aprobasiyadan keçirilmiş, nəticələr səlahiyyətli qurumlar tərəfindən tanınıb təqdir olunduqdan sonra [əlavə 6] bu inteqrativ təhsil (İnT) layihəsini AR TN-nin elan etdiyi IV qrant müsabiqəsinə təklif edirik.

3. Layihənin məqsəd və vəzifələri.

Layihənin əsas məqsədi azsaylı xalqların dilləri öyrədilən məktəblərdə 6 sinifdə keçilməmiş 442 saat dərsin kompensasiyası, ana dili (ləzgi dili) tədrisini digər dillərin: tədris, dövlət və xarici dillərin öyrənilməsinə inteqrasiya etməklə tədrisin səmərəsini yüksəltməkdir. Bu məqsədlə ləzgi dili tədrisinin məzmununu: kurikulumunu, dərslikləri, metodik vəsaitləri və s. resursları həmin məktəbdə öyrənilən digər dillərə, xüsusilə saatları azaldılmış tədris dilinə inteqrasiya etməklə İnT-in optimal metodik sistemini yaradaraq, məktəblərin arsenalını zənginləş­dir­məklə ölkədə təhsilin səviyyəsini yüksəltməyi nəzərdə tutmuşuq.

Təklif etdiyimiz İnT layihəsi aşağıdakı vəzifələrin icrasını tələb edir:

  1. Digər dillərə inteqrasiya imkanlarını nəzərdə tutan yeni ləzgi dili kurikulumunun hazırlanması;
  2. Həmin kurikulumun əsasında yeni ləzgi dili dərslik dəstlərinin yazılması;
  3. İnT sisteminin (resursların, o cümlədən distant təhsil materiallarının, repeti­tor­ları əvəz edən dinamik testlərin, kodlaşdırılmış media nümunələrinin və c.) yaradılması;
  4. Ləzgi dili müəllimlərinin İnT-in tətbiqinə hazırlanması üçün təlimçi işi.

Həmin vəzifələri icra edərkən həm tədris planında təlım dılınin və xarici dilin hesabından ləzgi dilinə ayrılmış saatların hesabına ləzgi dilli uşaqlara öz ana dillərini, ləzgi xalqının mədəniyyətini, o cümlədən ədəbiyyatını mükəmməl mənimsətməyi, həm də bu zəmində  digər dilləri, o cümlədən dövlət  və  təlim dillərini əsaslı öyrətməklə tolerant şəxsiyyətlərin formalaşdırılmasını hədəf seçmişik.

4. Layihə strategiyası

 (Həyata keçirilmiş və keçiriləcək fəaliyyət növlərinin qısa təsviri, icra müddəti ardıcıllıqla layihədə qeyd edilir, hər bir fəaliyyət növü üzrə gözlənilən nəticələr cədvəllər və nümunələr şəklində layihə təklifinə əlavə olunur).

4.1. İnT sahəsində görülmüş işlər.

  1. Ləzgi dili öyrənilən həm rus, həm də Azərbaycan məktəblərində ləzgi dili fənninin tədrisinə həftədə 1 saat həmin məktəblərin I-IV siniflərində təlim dilinin, V-IX siniflərində xarici dilin hesabından, 1 saat da fakultativlər üçün nəzərdə tutulmuş saatlardan ayrılmışdır [7a №-li əlavə]. Bununla təlim dilinə ayrılmış dərs saatlarının azaldılmasının qarşısı nisbətən alınmışdır.
  2. Azərbaycan məktəblərində Azərbaycan dilinin və ləzgi dilinin öyrədilməsinin məqsəd və vəzifələri üst-üstə düşdüyündən həmin fənlərin kurikulumlarının  məzmunları da, o cümlədən məzmun xətləri, standartları, strategiyaları da çox fərqlənmir; lakin ləzgi dili fənninin bu analoji vəzifələri ilə yanaşı, üç əlavə vəzifəsi də: təlim dilinin öyrədilməsinə  ana dili olaraq möhkəm baza yaratmaq və tədris planlarında başqa fənlərin hesabından ləzgi dilinin tədrisinə ayrılmış dərs saatlarının inteqrativ yolla kompensasiya etmək və ləzgi xalqının tarixi, ədəbiyyatına aid məlumatların verilməsi vəzifələri də vardır. Kurikulumda bu fərqlər təlim dili ilə inteqrasiyada və ləzgi dilinin spesifik nümunələrində: qiymətlən­dirmə resurslarında, dərs nümunələrində və sairədə öz əksini tapmışdır.
  3. Ləzgi dili öyrənilən həm rus, həm də Azərbaycan məktəblərində Azərbaycan dili öyrənildiyi üçün, ləzgi dili kurikulumu xarici dil kurikulumları kimi, Azərbay­can dili fənn kurikulumunun bazasında hazırlanmış və Azərbaycan dilində təqdim edilmişdir.
  4. İnT sisteminə malik yeni məzmun və formalı I-IV siniflər üçün ləzgi dili dərslikləri ekspertizadan keçirilmişdir. Ekspert rəylərindən nümunələr Layihəyə əlavə edilir [11 №-li əlavə].
  5. İnT-in elmi bazasını təkmilləşdirən “Azərbaycan dili dərslərində informasiya­la­rin sixlaşdirilmasi təlimin səmərəliliyinin əsas şərti kimi” mövzusunda disserta­siya işi müdafiə edilmişdir.
  6. Layihə rəhbərinin Azərbaycan Respublikası Maarif Nazirliyi tərəfindən iki dəfə təqdir edilmiş: öyrənilmiş və yayılmış qabaqcıl iş təcrübəsi əsasında yazdığı “Hesabat” [Həsənbala Məmmədov. “Hesabat” Bakı, ADPU, 2017. 323 səh.] adlı monoqrafiyası çap olunmuşdur [6 №-li əlavə].

 4.2. İnT sahəsində görülməli işlər.

Layihə üzrə görülməli işlər dörd komponenti əhatə edir.

 I komponent

     Əsas fəaliyyət istiqamətləri:

  1. Təlim dilinin tədrisi durumunun öyrənilməsi;
  2. Social tədqiqatın aparılması: azsaylı xalqların yaşadıqları ərazilərdə, o cümlə­dən ləzgi kontingentlı məktəblərdə ana dilinin və təlim dilinin öyrənilməsi­nin vəziyyətinin monitorinqi;
  3. Respondentlərin mövcud duruma münasibətinin təhlili;
  4. Hüquqi və elmi-metodiki ədəbiyyatın və qabaqcıl təcrübələrinin öyrənilməsi;
  5. Təklif olunan layihənin əsaslandırılması.

  II komponent

      Əsas fəaliyyət istiqamətləri:

  1. Ləzgi dilinin fənn kurikulumunun İnT prinsiplərinə uyğun yeni variantının hazırlanması;
  2. Tədris planında öz hesabından saat vermiş fənlərin məzmununa uyğun inteqrasiya edilmiş ləzgi dili dərsliklərinin yazılması lavə 7b];
  3. Ləzgi dili müəllimləri üçün dərsliklərə metodik vəsaitlərin tərtib edilməsi;
  4. Təlim dili proqramlarını 442 saat kəsrlə öyrənmiş məzunların pozulmuş hüquqlarının kompensasiyasına təminat verə biləcək özünüidarə sistemli “Repetitor testlər” vəsaitinin təqdimatı.

III komponent

Bu komponent II komponentdə nəzərdə tutulmuş çərçivə sənədlərə uyğun resursların hazırlanmasını nəzərdə tutur.

  1. Online və ofline dərslərdə İnT sisteminin tətbiqi;
  2. İnT elementli internet resurslarının: video çarxların, kodlaşdırılmış dinamik informasiyaların, əks-əlaqəli distant təhsilin unikal təcrübəsinin və s. pedaqoji prosesə tətbiqi;
  3. İnT üzrə təlim modullarının hazırlanması və ilkin pedaqoji hazırlıq və ixtisas­artırma təhsil proqramlarına daxil edilməsi;
  4. Azsaylı xalqların dilləri öyrənilən məktəblər üçün inteqrativ təhsil sahəsində mövcud material və vəsaitlərin, eləcə də təlim kurslarının yerləşdirilyi internet portalının yaradılması.

Qeyd: İnT sistemi müəllifin .Təhsil Nazirliyi tərəfindən  təqdir edilərək öyrənilmiş və yayılmış qabaqcıl iş təcrübəsinin əsasında yazılmış “Hesabat” adlı monoqrafiyasında [Əlavə 6] şərh olunmuşdur.

IV komponent

Bu komponent III komponentdə nəzərdə tutulmuş resursların pedaqoji prosesə tətbiqində iştirakçıların hazırlanmasını nəzərdə tutur.

Həmin məqsədlə:

  1. Tenderi udmuş nəşriyyatla birlikdə dərslik müəllifliyinə müsabiqənin keçiril­məsində iştirak etmək;
  2. Ləzgi dili müəllimlərinə və dərslik müəlliflərinə 30 saatlıq İnT seminar­larının təşkili;
  3. Yaradıcı təşkilatlarla, o cümlədən “Marvar”, “Şah dağ” kimi ədəbi məclislərdə İnT layihəsi ilə əlaqədar ləzgi dili və ədəbiyyatı məsələlərini müzakirə etmək;
  4. Valideynlərin distant təhsil şəraitində koçe və mentor xidmətlərinə hazırlanması;
  5. Azsaylı xalqların dillərini tədris edilən məktəblərin rəhbərləri üçün inteqrativ təhsil üzrə maarifləndirici seminarların, azsaylı xalqlarının dillərini tədris edən müəllimlərə, eləcə də pedaqoji sahə üzrə təhsil alan tələbələrə inteqrativ təhsil modulları üzrə təlimlərin keçirilməsi;
  6. Ləzgilərin əksəriyyətinin kompakt yaşadıqları digər ölkələri ilə təcrübə müba­di­­ləsinin təşkili; Beynəlxalq tədbirlərdə (elmi-praktik konfranslar …) iştirak etmək.
  7. Təkliflərin verilməsi.

4.3. İnT layihəsinin II – IV komponentlərinin icra xronologiyası

Layihənin icra planı əlavə olunur [Əlavə 1].

4.3.1. II komponent üzrə görülməli işlərdən birincisi ləzgi dilinin kuriku­lu­munu İnT-ə uyğunlaşdırmaqdır. Ləzgi dilinin spesifik xüsusiyyətlərinin, o cümlədən saitdən qabaq karlaşma hadisəsinin  (яб\япар) təlim dili olan Azərbaycan dilinə xas olan cingiltiləşmə, ahəng qanunu, mənsubiyyət və şəxs kateqoriya­la­rı ilə, ləzgi dilinin 72 səsinin (k1, kь, къ, кk, k, k …) məxrəclərinin Azərbaycan dilindəki 34 səsdə yerləşməməsi və s. ilə yaratdığı interferensiya amili ləzgi təhsilalanları tərəfindən Azərbaycan və digər təlim dillərinin mənimsənilməsini ləngidir. Bu ləngimə təlim dilində öyrədilən digər fənlərin də mənimsənilməsinə əngəl yaradır.

Həmin negativ halları aradan qaldırmağa hesablanmış ləzgi dili fənn kurikulumu üç istiqamətdə vəzifələrin həllini hədəfləmişdir:

  1. Təhsilalanlara ana dilini və onun qaydalarını əsaslı öyrətmək;
  2. Ləzgi dili ilə inteqrativ surətdə digər dillərin, o cümlədən təlim və dövlət dillərinin də öyrədilməsini optimallaş­dırmaq;
  3. Təhsilalanları mənsub olduqları xalqın mədəniyyəti, o cümlədən tarixi, ədəbiyyatı ilə tanış etməklə ümumi dəyərləri, ana dilləri ilə yanaşı, digər dillərə də məhəbbət hissini, tolerantlığı formalaşdırmaq.

Ləzgi dili kurikulumu fənn üzrə ümumi təlim nəticələrini, məzmun standartlarını, interferensiyaya səbəb olan dil hadisələrinin müqayisəli tədrisinin normalarını, müəl­lim və şagird fəaliyyətinə aid texnologiyaları və qiymətləndirmə məsələlərini əhatə edir. Bu, dərslik və dərs vəsaitilərinin müəllifləri, müəllimlər, qiymətləndirmə mütə­xəs­sisləri və ləzgi dili təlimi ilə məşğul olan digər təhsil işçiləri üçün  nəzərdə tutulmuşdur

Ləzgi dili təliminin məzmunu nəticəyönümlü standartlar əsasında hazırlanmışdır. Nəticələrin əvvəlcədən müəyyən olunması onlara doğru yönəlmiş fəaliyyətlərin inkişafını izləmək və istiqamətləndirmək üçün ardıcıl qiymətləndirmə aparılmasına imkan yaradır. Təhsilalanlar İnT imkanlarından yararlanaraq öyrənəcəkləri digər fənləri də daha yaxşı mənimsəyə biləcəklər. Ləzgi dili  öyrənilən həm rus, həm də Azərbaycan məktəblərində Azərbaycan dili öyrənildiyi üçün, hazırladığımız ləzgi dili kurikulumu da xarici dil kurikulumları kimi, Azərbaycan dili  fənn kurikulu­munun bazasında hazırlanmış və Azərbaycan dilində təqdim edilmişdir [Əlavə 12].

4.3.2. II komponent üzrə görülməli işlərdən ikincisi kurikulumda İnT üzrə edilmiş dəyişiliklərə uyğun dərsliklərin yazılmasıdır. Təhsil Nazirliyinin çapına tövsiyə etdiyi I-IV siniflər üçün ləzgi dili dərsliklərində inteqrasiya probleminin həll olunmaması və çapa qədər İnT-ə uyğun düzəlişlərin edilməsinə zəruriyyət qeyd edilmişdir. Bu layihədə həmin çatıimazlıqları: ləzgi ədəbi dilinə aid leksika, xüsusilə dil terminlərinin, didaktik terminlərin və təmrinlərin öyrənilən digər dillərə inteqra­si­ya edilmədən dərsliklərdə işlədilməsi həlli qeyri-müəyyən olan interferensi­yanı labüd edir. Həmin nöqsanları İnT-ə uyğun korrektə etməklə hazırlanmış V sinif üçün Ləzgi dili dəslliyinin maketi layihəyə əlavə olunur (Əlavə 7b).

4.3.3. II komponent üzrə görülməli işlərdən üçüncüsü İnT-nin prinsiplərinə uyğun yazılmış dərsliklərlə işləyəcək müəllimlər üçün metodik vəsaitlərin hazırlanmasıdır. Bu metodik vəsaitlərdə dərslıklərdə olan ınteqrasıya ımkanları dərsbədərs izah edilmişdir. ləzgi dili öyrənilən rus məktəblərində 5 dil (təlim dili, 2 xarici dil, ləzgi dili və dövlət dili) öyrənilir. Bu dillərin məzmunlarında eyni, oxşar və ya əks və s. assosasiyalar yaradan elə imkanlar vardır ki, onları ümumiləşdirərək inteqrativ öyrətməklə məqsədə 5-10 dəfə tez çatmaq olur.

Məsələn, dilçilik ədəbiyyatında durğu işarələrinin işlənməsinə dair 251-ə yaxın qayda verilir. Məzmunca inteqrasiya etməklə həmin qaydaların sayını 8-ə endirmək və iki ilin tədris materialını bir neçə dərsdə öyrətmək mümkündür [6, 226].

Bu məqsədlə əvvəlcə həmin qaydaları 10 durğu işarəsinin gördükləri üç vəzifə: məqsəd, ayırma və izah funksiyalarına görə qruplaşdırmaqla 8 qayda halında informasiya yığınlarında şagirdlərə belə təqdim edirik [Əlavə 8b].

Durğu işarələrinə görə sintaqmları müəyyənləşdirməyin və bu əməlin əksi — sintaqmlara görə punktuasiya qaydasını müəyyənləşdirməklə müvafiq durğu işarəsinin qoyulmasının mümkünlüyü informasiya yığınında yerləşdirildiyi qaydada təqdim edilir.

Şagirdlər verilmiş mətndən hər bir durğu işarəsinin üstündə onun mətndəki funksiyasının kodunu (qaydanın informasiya yığınındakı sıra nömrəsini, sintaqmın altından xətt çəkilmiş  hərflərini və s.) qeyd edirlər. Məsələn:

ləzgi dili öyrədilən rus məktəblərində 5 dilin (təlim dili, 2 xarici dil, ləzgi dili və dövlət dili) öyrədildiyini, hər dildə cümlə üzvləri ilə bağlı olmayan sözlərdə (xitab, ara sözü, ara cümləsi, söz cümlə, təsdiq-inkar sözləri, xüsüsiləşmələr, nidalar  və s.) vergülün işlədilməsinə dair 35 qaydanın olduğunu nəzərə alsaq, fənlərarası inteqrasiya yaratmaqla bir dərsdə  5 fənnə aid 175 (35×5=175) qaydanı, 3 dərsdə isə dil fənləri üzrə ümumilikdə 2530 (506×5) qaydanı öyrətməyin real olduğuna şübhə qalmaz.

İnT layihəsinin icrasının üçüncü komponenti yalnız inteqrasiya resurslarının yaradılması ilə məhdudlaşmır, həm də strategiyaların, modulların və sairələrin inteqrasiyasını ehtiva edir. Buraya infomasiyaların sıxlaşdırılmasının müxtəlif parametrlərinin: düz əlaqə və əks-əlaqə vasitələrinin, üsullarının, məzmun və formasının, mövcudluq üsulunun – hərəkətin, mövcudluq formalarının kəmiyyət və keyfiyyət xarakteristikalarına görə inteqrativ tətbiqi və s. aiddir.

Mürəkkəb sistemlərin xarakterizə edilməsində inteqrasiya üsullarından biri modelləş­dirmədir. Müxtəlif predmetlərin oxşar olması modelləşməyə, yəni bir predmeti (sistemi) müəyyən cəhətdən ona bənzər olan başqasının vasitəsi ilə ifadə etməyə imkan verir. Fəaliyyətin modeli olan alqoritmlərin də inteqrasiyanın reallaşdırılmasında xüsusi rolu vardır [Əlavə 10].

İnformasiyaların hərəkət istiqamətinə görə eyni olanlarının sinxron verilməsi məzmunun  inteqrasiyasıdır. Məsələn, akustik və vizual kanalla hərəkət edən informa­siyaları birləşdirmək onların eyni zaman daxilində hərəkətinin inteqrasiyasına səbəb olur. İnformasiyaların hərəkət istiqamətinə görə müxtəlif olanlarının bir zaman daxilində icrası ənənəvi pedaqoji prosesdən daha çox distant təhsilin optimallığına təminatdır.

Məsələn, şaxəli proqramlaşdırmanın prinsiplərinə əsaslanan belə kompleksdə şagirdin potensialına uyğun seçdiyi alternativlər onu müxtəlif növ proqramların: «Exel», «Word», «Final 2005» və s. üzərində yazılmış ünvanlara aparır, onun təkcə bilik və bacarıqlarını deyil, həm də onlarla inteqrativ olaraq yaranan emosional durumunu, faktlara münasibətini, təfəkkür əməliyyatlarında zaman və məkan xarak­teristi­kalarını öyrənməyə və həmin şəxsiyyətyönümlü nəticələrə əsasən fəaliyyətin nəticəyönümlüyünü obyektiv qiymətləndirməyə də imkan verir.

Təklif etdiyimiz İnT layihəsinin IV komponenti üzrə fəaliyyət əsasən layihə üzrə alınmış nəticələrin bu layihədən bəhrələnməli subyektlərə çatdırılmasından

ibarətdir. Buraya:

  • Azsaylı xalqların təhsil alanlarının təhsil aldıqları məktəblərdə dil fənlərini tədris edən müəllimlər üçün kursların təşkil edilməsi;
  • Təlim prosesində inteqrasiyanın yaradılması üçün hazırlanmış metodik sistemlə pedaqoji ictimaiyyətın tanış edilməsi;
  • Həmin metodik sistem haqqında ayrıca vəsait çap edilib dil fənlərini tədris edən müəllimlərə çatdırılması;
  • Layihənin icrasının və alınmış nəticələrinin monitorınqi və müzakirəsi də

daxildir.

5. Layihənin əhatə etdiyi müddət – icra planı ayrıca cədvəl şəklində tərtib edilərək, layihəyə əlavə olunmuşdur [Əlavə 1].

 6. Gözlənilən nəticələr

Layihənin icrasının nəticələri dəqiq proqnozlaşdırılmışdır. Belə ki, İnT layihəsinin rəhbəri Həsənbala Məmmədovun 40 illik tədqiqatları və 50 illik qabaqcıl iş təcrübəsinin nəticələri iki dəfə — 1977 və 1982-ci illərdə nazirlik tərəfindən təqdir edilmişdir. İnformasiyaların sıxlaşdırılması sisteminin tərkib hissəsini İnT təşkil edir.

Sənədli “Hesabat”da (H.Məmmədov. Hesabat. Bakı, 2017. -322 səh.) təsdiq edilir ki, bu sistem imkan vermişdir ki, 2 ildə öyrənilməli 251 punktuasiya qaydasını təhsilalanlara 3 dərsdə öyrətsin [6, 226 … ], tədris proqramının 442 saatını – 6 tədris ilinin Azərbaycan dili dərslərini keçməmiş şagirdi 601 balla ali məktəbə qəbul olunsun  [6,285-288, 274-277 … ], buraxılış imtahanlarında kontrol  siniflərdən 2,3 dəfə yüksək nəticələr qazansın  [6, 132, 134 …], dinamik informasiyaları sıxlaşdırmaqla şəxsiyyətin mədəni potensialını idarə etsin [6, 206-217, …].

Müəllifin fikrincə, təqdim etdiyi bu “Hesabat” həm də Azərbaycan elminin yeni pozitiv sistemlərin axtarışında olan dünyaya mesajıdır: müxtəlif sahələr üzrə aparılan elmi axtarışların əsasında mütləq informasiyaların sıxlaşdırılmasının tərkib hissəsi olan İnT durur.

Proqnozlaşdırmaq çətin deyildir ki, öz ana dili olan ləzgi dilini az zaman daxilində möhkəm öyrənən ləzgi uşaqları digər dilləri də tez və əsaslı öyrənə biləcəklər. Təlim dilinin öyrənilməsinin səviyyəsi isə tədris olunan başqa fənlərin də mənimsəmə səviyyəsini şərtləndirir.

7. Layihə çərçivəsində qurulacaq əməkdaşlıq

İnT layihəsinin icrası zamanı digər ümumi təhsil müəssisələri, dövlət qurumları, QHT-lər, şirkətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq müxtəlif formalarda qurulacaqdır.  Məsələn:

  • Ləzgi dili kurikulumunu İnT layihəsinə uyğunlaşdırmaq üçün Təhsil İnstitutunda layihə rəhbəri Həsənbala Məmmədov Kurikulum müəllifi qismində iştirak edəcəkdir.
  • Dərslik dəstlərinin hazırlanmasında Dağıstan Təhsil Nazirliyinin Elmi-tədqiqat Pedaqogika İnstitutu ilə məsləhətləşmələr formasında, “Çaşıoğlu” nəşriyyatında tərəfmüqabil, “Marvar”, “Şah dağ” ədəbi məclislərində iştirakçı, AR Təhsil Nazirliyində dərsliklər üzrə ekspert qismində əməkdaşlıq nəzərdə tutulur.
  • İnT layihəsində nəzərdə tutulan vidoçarxların, elektron vəsaitlərin, distant təhsil materiallarının və digər internet resurslarının hazırlanmasında və saytda yerləşdirilməsində alamjurnal.com saytının administratoru və yaradıcı heyəti ilə əməkdaşlıq edilir.
  • İnT layihəsinin icrası üçün yer Qusar rayonunun “İskra” KM-dən müqavilə əsasında icarəyə götürülmüşdür.
  • Müəllimlərin hazırlıq seminarlarında təlimatçı qismində Qusar RTŞ ilə əməkdaşlıq etmək nəzərdə tutulur.

8. Layihənin monitorinqi və davamlılığı

Layihənin icrası və nəticələri haqqında ictimaiyyətin məlumatlandırılması və informasiya əldə edilməsinin müxtəlif yollarından  istifadə olunacaqdır. Buraya:

  • Optimallığın 3 parametri: nəticə, sərf edilmiş vaxt və məsrəf üzrə qiymətləndirilməsinin kurikulumun nəticəyönümündə əks olunmuş tələblərə uyğunluğunun müəyyən edilməsi;
  • 251 qaydanın 10 dəqiqədə mənimsənilməsinin mümkünlüüyünü nümayiş edən videoçarxın youtube kanalında yerləşdirilməsi;
  • İnT-də integrasiya imkanlarının: Məktəbdə öyrədilən 5 dildə olan sintaktik qaydaların əksəriyyətinin eyni olması, 251 punktuasiya qaydasının 8 qayda ilə əvəzlənə bilməsi, ləzgi dilinin səs sistemindəki 72 səsin 5 dilin səslərini ifadə edə bilməsi və s. amillərin virtual qiymətləndirilməsi;
  • Layihənin əhatə etdiyi hədəf qruplarındakı şagirdlərin kurikulumlarda nəzərdə tutulmuş nəticələrinin digər şagirdlərin nəticələri ilə müqayisəli təhlili;
  • Bu məlumatların vaxtaşırı mətbuatda, konfranslarda, “dəyirmi stol”larda keçirilən diskussiyalar, informasiya mübadiləsi, məktəbdaxili, ölkə və beynəlxalq qiymətləndirmələrinin nəticələrinin müqayisəli şərhi, ekspert rəylərinin müzakirəsi və s. daxildir.

Qeyd: Layihənin nəticələri digər azsaylı xalqların, o cümlədən talış, avar və digər xalqların dillərinin öyrədildlyi məktəblərdə də davam etdirilməsini şərtləndirir.

Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində görəcəyimiz işlər əsasən digər azsaylı xalqların da dilləri tədris olunan məktəblərdə analoji layihənin həyata keçirilməsi və layihə təklifində nəzərdə tutulmuş işlərin görülməsindən: ləzgi dili dərslik dəstlərinin nəşrə hazırlanmasından, yeni İnT imkanlarının araşdırılması, yeni texnologiyaların imkanlarından istifadə edərək unikal distant təhsil, əməli əks-əlaqə ilə reallaşa bilən informasiya mübadiləsi resurslarının yaradılmasından ibarətdir. Paralel olaraq, Təhsil Nazirliyinin yanında Metodik və Ekspert Şuralarının qərar və tövsiyyələrinin icrası və s. istisna deyildir.

9. Layihənin qiymətləndirilməsi və hesabatlılığı

Təqdim olunan layihə səmərəliliyin qiymətləndirilməsində istifadə olunan meyarlarla: alınmış nəticənin dəyəri ilə həmin nəticənin alınması üçün sərf edilmiş məsrəflərin dəyəri arasındakı fərqlə qiymətləndirilməlidir. Təklif edilən İnT layihəsinin gözlənilən nəticəsi  yalnız 4 hədəf rayonda hərəsinin 442 akademik saatda təlim fənnindən az dərs aldıqları 300 mindən artıq məzunun ala bilmədikləri 1326000000 saatın deyil, həm də aldıqları yarımçıq təhsil nəticəsində sonrakı müsabiqələri uduzmuş bu milyonların hüquqlarının kompensasiyasıdır; İnT layihəsinin icrası ilə reallaşan “Repetitor testlər” vəsaiti, distant təhsilin resursları və s. belə insanlar üçün nəzərdə tutulmuşdur.

Layihədə inteqrasiyaya əsaslanan ləzgi dili kurikulumunun, dərslik dəstlərinin hazırlanmasına layihə xərclərinin maliyə mənbəyi Təhsil Nazirliyinin maliyələşdirdiyi ayrı layihələrdə əks olunduğundan bu layihənin büdcəsində onun yalnız 3,7 %-i dəftərxana və digər xərclər kimi göstərilmişdir.

Nail olunmuş dəyişiklikləri müəyyənləşdirmək üçün meyarlar və hesabatlılıq formaları məktəbdaxili, ölkə və beynəlxalq qiymətləndirmə sistemlərində mövcuddur. Qanunvericiliyə uyğun səlahiyyətli qurumlar tərəfindən qəbul edilmiş hesabatlarımız­dakı göstəricilər Beynəlxalq PİSA Proqramının Azərbaycana aid göstəricilərindən 2.3 dəfə yüksək olmuşdur [Əlavə 6,].

 10. Layihənin büdcəsi

Layihənin büdcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi formaya uyğun tərtib olunmuş və layihəyə əlavə edilmişdir [Əlavə 2].

Layihə rəhbəri:

Həsənbala Məhəmməd oğlu Məmmədov,
pedaqogika üzrə fəlsəfə doktoru,
Qusar rayonu Bədişqala tam orta məktəbinin metodist müəllimi,
ADPU-nun Quba filialının baş müəllimi,
Ləzgi dili dərslik komplektləri üzrə ekspert.

E-mail: hasanbalamamedov@gmail.com
Mob.: (+994) 558581321;
AZ3800. Qusar şəh., A.Mehman küç., 34.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *