Haputlu qırızlar

Molla İsaqlı

Növbəti səfərim Şahdağ milli etnik grupuna daxil olan QRIZ etnosunun kompakt yaşadığı İsmayıllı rayonu Molla İsaqlı və Haci Hətəmli kəndlərinə idi. Millətini sevən və onun dilini araşdıran dostum Rafiqlə biz Molla İsaqlıya saat 11- də çatdıq. Kənd Göyçay şəhərindən 14 km, İsmayıliıdan isə 37 km-lik  məsafədə yerləşir. Əhalisi təxminən 1000 nəfərdən artıq olan kənd camaatının demək olar ki, hamısının milliyyəti qırızdır. Əhalinin əsas məşğuliyyəti maldarlıq, əkinçilik və üzümçülükdir. Molla isaqlılar evdə və kənddə qırızca, məktəbdə və kənd icra nümayəndiliyində Azərbaycanca, Rusiyada isə rusca danişirlar. Rusca bilmələri İvanovka (keçmiş Nikitinin rəhbərlik etdiyi kolxoz) kəndi ilə qonşuluq əlaqələri eləcə də  sovet dövründən  qalmış təhsil və təlimin mirası kimi qəbul etmək olar. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm ki, kənddə iki haputun bir-biri  ilə başqa dildə danişmasına az qala qəbahət kimi baxırlar.

Təbii olaraq bunu “özünü qorumaq” instinkti  kimi qəbul etmək lazımdır. Çünki Haput qırızları bir neçə rayonun ərazisinə səpələnərək bir- birindən tədric olunmuş şəkildə yaşayirlar. Buna misal olaraq qrızların Quba rayonu ərazisindəki Haput və İbrahim Haput kəndlərni, Xacmaz rayonunda yerləşən Şix Haput kəndini, Qəbələdəki Məlikli və Seyidli kəndlərini, İsmayıllı rayonu ərazisində olan Molla İsaqlı və Haci Hətəmli kəndlərini, eləcə də Ağdaş rayonundakı Hapıtı və Ovcular kəndlərini göstərmək olar. Bütün bunları nəzərə alaraq söyləmək lazımdır ki, qırızlar millətini assimiliyasiyadan və dünyada gədən globallaşma proseslerindən qorumaq üçün bu yolu seçmək məcburiyətində qalmışlar.

Kəndin etnoqrafiyasının araşdırılması üçün mənə etdiyi köməyə və yardıma görə, kənd ağsaqqalı İsmayılov Cahan Şah oğluna və kənd  orta məktəbinin direktoru Muradov Fazil Murad oğluna razılığımı bildirirəm.

Biz kəndin ən qədim (kəndin 3 qəbristanlığı vardır) qəbristanlığında olduq. Kənd orta məktəbindəki muzeyə baxış keçirdik və əhalinin söylədiyi “ulu babalarımız Qubanın Haput kəndindən köç eləyib” sözlərinə münasibətimizi açıqlamaq istədik. Məlum oldu ki, eşitdiklərimizlə gördüklərimiz tərs mütənasibdir. Biz, qəbristanlıqda(yüksək təpənin üstündə düz yərdə yerləşir) qədim Qafqaz Albaniyası dövrlərinə aid olan ikiləçəkli xaçlı baş daşlarına, alban naxışlı qəbir sinə daşların qalıqlarına rast gəldik. Təəssüf ki, “Alban qəbirlərində qızıl axtaranlar” öz  qara  işlərini artıq görmüşdülər. (Mən bunlara Oğuzda, Qaxda və Qəbələdə də rast gəlmişdim). Bu artefaktlar və muzeydə gördüyümüz misli olmayan saxsı qablar, su və kanalizasiya boruları və indiyə kimi kənddəki evlərin damları bəzəyən saxsı lövhələr (çerepitsa), qədim qəbirlərdən tapılan qadın zinət əşyaları (bilərzik, boyunbağı), bizə bu kəndin tarixinin daha qədim olmasını deməyə əsas vərir. Başqa güman və ya  ehtimal kimi demək olar ki, bəlkə də nisbətən düzənlikdə yerləşən kənd camaatı hər dəfə yadellilərin hücumlarından qorunmaq məqsədilə baş götürüb dağlıq ərazilərdə yerləşən(yəni qorunmaq imkanı daha çox olan) Qubanın Haput kəndinə, qan qardaşların yanına sığınmaqda  niçat tapıblar. Ola bilər ki, təhlükə sovuşandan sonra (bu uzun müddət çəkə bilər) doğma kəndlərinə qayıtsınlar və haputlulara minnətdarlıq əlaməti olaraq (burda yaşlı nəslin Haputda doğulan cavanlarla əvəz olunması əsas amil ola bilər) özlərini “Haputlu” adlandırsınlar. Xülasə, tarixi tarixçilərin öhdəsinə buraxıb qayıdaq Molla İsaqlı kəndinə.

Kənddə hal- hazırda 7 tayfa (nəsil-sixil) ömür sürür.

(Potronimlər yerli danişıq ləhcəsi saxlamaqla verilir.)

1. Ovduğuluyar.2. (c)Arabliyar.

3.Şəməyliyer.   4. Rzaliyer.

5. Kasaliyer.6.Bağliyer

7. Nüfçüliyer.

Biz orta məktəb şagirdlərdən ibarət “Hapıt” folklor grupunun ifasına  da qulaq asdıq. Qrupun bədii rəhbəri Zəmilə Cabrayılovadır. Biz ansamlın ifasında ürək oxşayan, həzin və tarixin qədim qatlarından nənələrimizin-babalarımızın bizə ötürdüyü pak və müqəddəs bir ifa eşitdik. Heç bir musiqi alətinin müşahətə əhtiyacı olmayan, təmiz AKAPELLA xoru. Qrup qızları da məsum-pak, kosmetikasız, təbii dağ bulağının suyu kimi büllur! Özü də qırız folkloru təmənnasız, hec kimin payı olmayan halal xalq deyimləridir. Yoxsa son vaxtlar dəb düşüb “plaqiat at üstündədir”. Bayatılar bir- birini əvəz etdikcə iftixar hissi duyurdum.

YER ADLARI — TOPONİMLƏR

Molla İsaqlılarin toponimlərinə nəzər salanda bu sadə və zəhmətsəvər insanların ata- babalarına necə etiram etdiyini gördüm, yaddaşlarında saxladıqlarının şahidi oldum.

KƏndin quzeyi

1. Ansalan çka. ( Ansalın sahəsi)

2. Abdullahan nava.

3. Çalaçuxur çkar.

4. Keret quzey (Kərətin şimalı)

5. Barat quzey.

6. Nərgizli nava.

7. Eminan çkar.

KƏNDİN GÜNƏYİ

1.Bulaqçi dərə.

2.Beylid nava

3. Kuma çkar.

4.Sirimə çkar.

5.Qaşa tepe

6. Qeleç dərə ( Qeleç- kğel lezgicə- duz)

7.Bəydullahan nava.

8. Seyfədinan dərə.

9. Qandali nava. Bu yerlə bağlı Molla İsaqlıda bələ bir lətifə dolaşır.

Qandallı Navada el şənliklərində ətraf kəndlərdən də yığışaraq güləş yarışmaları keçirdərmiş. Bir dəfə Qandallı adda pəhləvan, qonşu kəndin pəhləvanı Haçıağanı göyə qaldırıb yərə çırpmaq istəyəndə həmkəndliləri birağızdan qışqırırlar:

— Fənd işlət Haçıağa! Fənd işlət!

Bunu eşidən Haçıağa kəncilərə çavab verir:

— Ay zalım uşağı, görmürsünüz ki, ayaqlarım göydədi, mən necə fənd işlədim.?

KƏndin Şixiye-güney tƏrƏfi

1. Çərkəsa nava.

2. Kumırı təpə.

3. Şix dərə.

4. Arpalı kım.

5. Qaraşlı kım.

6. Vekilane güney.

7. Çartayi quramıt.

8. Parça meşə.

9. Damıda quzey. Şıx deredin kelle ( hün. 711 m.)

10. Mezre.

11. Byaxi kelle.

12. Çüntendçi kelle.

13. Qasim x(c)uçit qeya.

BULAQLAR (hidronimlər)

1. Beylid navadin bulax. 4.Qanı daya bulax.

2. Qoşa teley bulax.5. Famila bulax.

3. Bulax dere bulax.6. Kükürtlu bulax.

PİRLƏR (ziyarətgahlar)

1.Uksus baba piri.2. Dərviş baba piri.

3.Abdal baba piri.4.Piraspahan baba piri.

MƏKTƏB MUZEYİ

Məktəbdə yaradılmış muzeydə axırınçı 20 ildə 3 dəfə oğurluq baş verməsinə baxmayaraq o, qədim  eksponatlarla zəngindir. Muzeydəki 2 artefakt mənim diqqətimi daha çox cəlb etdi.

1. Nəfis və nazikliyi ilə seçilən su və yaxud nektar (giləməyvə şirəsi) ücün saxsı qab. Ən qəribəsi onun süzgəçli olmasıdır. (Bu formada saxsı qablara Azərbaycan tarix- diyarşünaslıq museylərində çox nadir hallarda rast gəlinir).

2. Şərab, çaxır və yaxud nektar hazırlamaq ücün dəzgah. Respublikamızın bir çox rayon muzeylərində olsam da, beləsinə rast gəlməmişəm.

İNÇƏSƏNƏT

Haput qırızların toxuduğu və məişətdə istifadə etdikləri palazlar Quba — Qusar zonasında toxunan palazlardan fərqlənir. Bir qayda olaraq, Qusar sumaqlarında üst tərəf xovsuz, alt tərəfdə isə 3-4 sm ip qalıqları saxlanılır ki, bu da xalçadan fərqli olaraq toz yığmır və altdakı ip qalıqların hesabına evi (ayaqaltını) isti saxlayır. Palazlar əsasən zolaqlı kompozisiyalı (Göy qurşağının imitasiyası) olur. Molla İsaqlıda mənim gördüyüm palazlar isə “quyu” (lezgicə -furar) kompozisiyalı idilər. Bu isə sənətkarlığın yuxarı pilləsidir.

Təəssüf ki, köhnə palaz almaq adı ilə gələn “şarlatanların” sayı çoxalıb və buna görə də, kənddə palazlı — heybəli evlərin sayı azalıb.

Molla İsaqlının ziyalıları

Lətif Əfəndi, Hacı Abid Əfəndi ( Hicri tarixi ilə 832 ci il);

1.Bağıyev Laçın Məçid oğlu-DİN polkovniki;

2.Bağıyev Vaqif Lacın oğlu- kimya elmləri doktoru, professor;

3. Sadıqov Əhməd Şahmar oğlu-iqtisad elmləri namizədi;

4. Sadıqov Yunis Musa oğlu-iqtisad elmləri namizədi;

5. Baba Vəziroğlu-şair.

MOLLA HƏTƏMLİ KƏNDİ

Kəndin qonaq sevən ziyalısı Mehdiyev Firuz müəllimlə biz kəndin etnografiyasından danışdıq. Firuz müəllimin qalmaq təkidinə məhəl qoymamağa məçbur idik. İşi sabaha saxlaya bilməzdik. Çünki Hacı Hətəmlini qara buludlar mühasirəyə almağa başlayırdı. Bu səbəbdən kənd haqqındakı məlumatlarım lakonik və qısadır.

Hacı Hətəmlinin əhalisinin sayı 2 350 nəfərdir. Kəndin təməli Molla İsaqlıdan 5 il sonra qoyulub.

Kəndəki nəsillər (Potronimlər yerli ləhçə saxlanılmaqla verilir).

1. Yüzbaşlıyer.       2. İspatlıyer.

3. Çüğürliyer (lezgice- çuğxver)

4.Gideyliyer.  5. Çaçanliyer6. Pantiliyer.

7. Lezgiyar ( Kənddə ləzgi məhəlləsi var.)

      Yer adları — toponimlƏr

1. (c)Acem taxta. 2. Hayrin dərə.

3.Urta taxta.4.Çiye dərə

5.Buzavant dərə.    6.Güneydən tərəf.

7.Kəhriz.8. Xasa dərə.

Bulaqlar

1. Bayram xüre bulax.

2. Çiyə bulax.

PİRLƏR — ZİYARƏTGAHLAR

1 Səbzə(c)li xüre piri.

2. Pir Şərif xüre piri.

Səbzəli piri möcüzəli pir kimi məşhurdur. Bu pirin ətrafında bitən kolun tikanını ziyəyə batırmaqla, ziyarətçi ziyələrdən təmizlənir. (ziyə- ləzgicə- matI)

 P.S.

Səfərdən qabaq qırızlar haqqında olan statistik məlumatlarla maraqlandım. Təəssüf ki, Azərbaycan Dövlət Sitatistika Komitəsinin demoqrafiya siyahılarında qırızların sayi göstərilməyib. Lakin, sayca qırizlardan az olan xalqların sayı bu siyahılarda yer almışdır!(?)

Səfər etdiyim iki qırız kəndində, doğma dildə dərslər keçilmir. Jurnalımızda çap etdirmək üçün qırız dilində şeir istəyəndə dedilər ki, Azərbaycan və rus dillərində yazan şair və yazıçılarımız var, ancaq qırızca yazanı hələlik yoxdur…

Abir ƏÇƏxvi,

Bakı-İsmayıllı.

Molla İsaqlı və Hacı Hətəmli kəndləri.

abir.tagirov@mail.ru

Добавить комментарий

Ваш адрес email не будет опубликован.