Кamil Rəcəb oğlu Aydazadə

Kamil Aydazadə 1950-ci il dekabrın 23-də Qusarda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA İdarəetmə Sistemləri İnstitutunun «Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları» laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Neft Akademiyasında «Tətbiqi riyaziyyat» kafedrasının müdiridir.  Həmyerlimizin rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərdə onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimal­laşdırma və qeyri səlis nəzəriy­yələ­rin əsasında hazır­lan­mış riyazi apa­- ratdan istifadə olunub. Onun tərə­findən qraflar nə- zəriyyəsindən isti­fadə edən riyazi modelə-şəbəkə quruluşuna malik bir sıra vacib praktiki məsələlər həll edilmişdir. 1978-1988-ci illərdə Kamil Aydazadənin elmi nəticələrinin tətbiqinin vacib obyektlərindən biri «Enerji» EİB (S.P. Korolyov adına KB) olmuşdur.

 Alim Milli Məclisə seçkilərdə «Seçkilər» kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin UNDP (United Nations Development Proqram) beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak etmişdir.  1993-cü ildən onun tərəfindən alınan çoxlu elmi nəticələr Respublika Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatına mühüm nəticələr kimi daxil edilmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Müəllimi adına layiq görülmüş alim 388, o cümlədən xaricdə nəşr olunmuş 218 elmi əsərin müəllifidir. Onun məqalələrinə yerli və xarici tanınmış alimlərin çoxlu sayda istinadları var. Elmi rəhbərliyi ilə 2 elmlər doktoru və 19 fəlsəfə doktoru hazırlanmışdır. 30 iyun 2014-cü ildə AMEA-nın seçkiləri ilə əlaqədar keçirilən müsabiqədə gizli səsvermə ilə informatika ixtisası üzrə Akademiyanın müxbir üzvü seçilmişdir.

Hər iki alimi təbrik edir və daha böyük uğurlar arzulayırıq!

«ALAM»

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *