MƏNALI ÖMÜR

Xəlilov Cavid Sadiq oğlu 1951-ci ildə Qusar rayonunun Hil kəndində müəllim ailəsində andan olmuşdur.
Hil kənd orta məktəbini 1968-ci ildə bitirib.
O, 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitunu bitirdikdən sonra, təyinatla Azərbaycan Maddi-Texniki Təchizat Komitəsinə işə göndərilmişdir. Uzun müddət komitənin müxtəlif strukturlarında iqtisadiyyat, maliyyə, mühasibat uçotu və nəzarətlə bağlı məsul vəzifələrdə, daha sonra isə Material Ehtiyatları Nazirliyinin iqtisadiyyat idarəsində şöbə rəisi, komersiya və tikinti şirkətlərində: baş mühasib, plan və maliyyə şönəsinin rəisi, iqtisadi məsələləri üzrə baş direktorun müavini, maliyyə direktoru vəzifələrində işləmişdir.
1987-ci ildə Moskva şəhərində SSRİ Dövlət Texniki Təchizat Komitəsi rəhbər işçilərinin Ümumiittifaq İxtisasartırma İnstitunun “Mühasibat uçotu və maliyyə-təsərrüfat fəaliyyətinin təhlili” üzrə kursu əla qiymətlərlə bitirmişdir.
1993-cü ildə Türkiyənin İstanbul şəhərində “Beynəlxalq menecment” proqramı üzrə kursu bitirmiş və müvafiq sertifikat almışdır.
Cavid Xəlilov istehsalatdan ayrılmamaqla, Azərbaycan Dövlət İqtisad İnstitunun aspiranturasını bitirmişdir.
Dissertasya işini tamamladıqdan sonra o, Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi şurasında namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
Dəfələrlə respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Cavid müəllimin böyük oğlu təhsilini doktoranturada davam etdirir və pedaqoji fəaliyyətlə məşğuldur.
Zəngin istehsalat təcrübəsinə və nəzəri biliklərə malik olan mütəxəssis kimi o, 1995-ci ildən Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “İqtisadiyyat kafedrasına tədris işinə cəlb olunmuş, 1999-2000-cı tədris ilində müsabiqə yolu ilə kafedranın baş müəllimi seçilmişdir.
С.Xəlilov elmi maraq dairəsi çox genişdir.
İşlədiyi kollektivdə eləcədə boya-başa çatdığı Hil kəndində böyük hörmətə malikdir.
İqtisadiyyat üzrə elmi dissertasiya şuranın üzvi, elmi katibi olmuşdur.
Dissertasiya müdafiələrinə aponent olmuşdur.
25 ildən yuxarı bir müddətdə dövlət qulluğunda çalışmaqla yanaşı öz elmi və pedaqoji fəaliyyətini Azərbaycan Memarlıq və İnşaat Universitetində və Bakı Dövlət Universitetində müxtəlif dövrlərdə davam etdirmişdir. Cavid müəllim hal-hazırda pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirir.
C. Xəlilov səmimi ailə başçısı, iki övlad atasıdır. Hər ikisi ali təhsillidir.
“Alam” jurnalının kollektivi Cavid müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı və daha böyük uğurlar arzulayır.

“АЛАМ”

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *