Аna dilində təhsilin rolu

2220 sentyabr 2014-cü il tarixində Bakıda Azərbaycanda fəaliyyət göstərən «Üfüq-S» Dil vasitəsilə cəmiyyətin inkişafı” təşkilatının təşəbbüsü ilə «Ana dilində təhsilin rolu»mövzuzunda konfrans keçirilmişdir. Konfransa Azərbaycan Respublikası­nın əlaqədar nazirlik və təşkilatları, azsaylı xalqların nümayəndələri, alimlər dəvət edilmişdilər. Eyni zamanda ABŞ dövlətinin elm adamları da konfranda iştirak edirdilər. Konfransda üç məruzə dinlənildi (məruzələr aktual mövzularda idi). Sonra onlar ətrafında diskussiyalar başlandı. Ləzgi, talış, udin, saxur xalqlarının nümayəndələri daha fəal idilər. Onlar həm nəzəri, həm də praktiki misallar gətirməklə, hazırda respublikamızda milli təhsil sahəsində mövcud şəraiti analiz etdilər, vəziyyəti yaxşılaşdırmaqdan ötrü təklif və tövsiyyələrini irəli sürdülər. Azsaylı xalqların yaxın dostu kimi tanınan «Üfüq-S»təşkilatının tədbiri yüksək səviyyədə başa çatdı.

Ölkəmizdə ləzgi dilinin tədrisi ilə bağli mülahizələrim
(«Alam»ləzgi mədəniyyəti jurnalının redaksiya heyyətinin üzvi V.Müşkürvinin konfransdakı çıxışı)
Çıxışımı elə hazırlamışdım ki, yəqin tədbirimizdə hökumət nümayəndələri olacaqlar. Çox təəssüf, belə olmadı, buna baxmayaraq, mən fikir və mülahizələrimi deyəcəyəm, hər halda sözlərimi eşidəcəklər.
Bəli, Azərbaycan Respublikası dövlət müstəqil­liyini bərpa etdikdən sonra ölkə rəhbərliyi həyatın hər bir sahəsinə olduğu kimi, təhsil sahəsinə də xüsusi diqqət və qayğı göstərir. Aparılan təhsil islahatları öz müsbət bəhrəsini verməkdədir.
Hazırda respublikamızın orta məktəblərində köklü azsaylı xalqların dilləri tədris olunur, bu təqdirəlayiq işdir və alqışlanmalıdır. Bu işin bir tərəfi, sual olunur: milli dillər necə tədris olunur? Bu dilləri kim tədris edir? Həmin tədrisə nəzarət, metodiki kömək və s. varmı? Yoxsa həmin iş ad xatirinə, kimlərəsə xoş gəlmək xatirinə aparılır?..
Ölkəmizin beş-altı rayonunda ləzgi dili dərsləri tədris olunur, lakin dərslik, əyani vəsait və s. çap olunmur. Rayon təhsil şöbələrinin heç birinə metodist ştatı ayrılmamışdır. Dərslər yalnız I-IX siniflərdə keçilir…
Sovetlər dövründə ləzgi dili və ədəbiyyatı dərslikləri Dağıstan Respublikasından gətirilirdi, indi bu iş dayandırılıb. Bəs, bu boşluğu kim və nə vaxt dolduracaq? Çıxışımı bu sözlərlə bitirmək istəyirəm: Biz vətənimiz Azərbaycanı sevirik! Biz, həmçinin, Ana dilimizi də sevirik! Buna görə onların hər ikisini qorumaq müqəddəs borcumuzdur!

V. Hacıağayev

PS:
1. Respublikamızın ləzgilər yaşayan şəhər və kəndlərindəki orta məktəblərdə aşağıdakı fənlər zəruri olaraq tədris olunsa yaxşı olar:
a) Ləzgi dili və ədəbiyyatı;
b) Ləzgi tarixi və mədəniyyəti.
2. Yeni yaradılan Xaçmaz və Oğuz təhsil idarələrində azsaylı xalqların dillərinin tədrisi üzrə metodist ştatları açılmalıdır.
3. AMEA-nın tərkibində fəaliyyətdə olan İber-Qafqaz dilləri şöbəsində ləzgi dili və ədəbiyyatı üzrə elmi axtarışlara başlamağın vaxtı çoxdan çatmışdır.
4. Bakı Dövlət Universitetində «Ləzgi dili və ədəbiyyatı» fakültəsi açılmalıdır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован.